09 aprel 2020 13:14
1173

Karantin rejimini pozanlar arasında həbs cəzası alanlar da var

Koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar tətbiq olunan gücləndirilmiş karantin rejimi bölgələrdə bir sıra vətəndaşlar tərəfindən pozulmaqda davam edir və nəticədə onların arasında, hətta həbs cəzası alanlar da var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təkcə ötən gün Kürdəmir rayonunda 44 nəfər rayon sakini inzibati qaydada cəzalandırılıb. Onlardan 39 nəfəri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 və 200 manat məbləğində cərimə olunub. Beş nəfər barəsində isə məhkəmənin qərarı ilə həbs cəzası tətbiq edilib.

Ötən gün Ağsu rayonunda da karantin rejimini pozan 9 nəfər 100 və 200 manat cərimə olunub.

Zərdab rayon polis şöbəsinin əməkdaşları da tətbiq olunan karantin rejimini pozduqlarına görə 12 nəfəri saxlayıb və onların hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimələniblər.