21 may 2020 17:34
1732

Karantindən yayınmaq istəyən mer tabuta girdi

Perunun qərbindəki Kastrovirreyna vilayətindəki Tantara dairəsinin meri karantini pozduğuna görə cəzalandırılmamaq üçün tabuta girib və özünü ölülüyə vurub.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə yerli “Comercio” qəzeti məlumat verib.

Belə ki, mayın 18-də axşam saatlarında dairə başçısı Xayme Rolando Urbina Torres dost-tanışı ilə içki məclisində olarkən milli polis agentləri yoxlamaya gəlib. Komendant saatını pozduğuna görə cəzadan yayınmağa çalışan mer tabuta uzanaraq polisin onun koronavirusdan öldüyünü düşünməsini istəyib.

Üstəlik, məclisdəki digər şəxslər də bu üsuldar istifadə etməyə çalışıb.

Ancaq hüquq-mühafizə orqanlarının əməkdaşlarını aldatmaq mümkün olmayıb. Qaydanı pozanların hamısı saxlanılaraq polis bölməsinə aparılıb. Saxlanma anında mer içkili vəziyyətdə olub.