Məşhur fransız rəssamı, impressionizm üslubunda əsərlər yaradan Klod Monenin rəsmi Nyu-Yorkda “Sotheby's” hərracında rekord qiymətə, 110,7 milyon dollara satılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı hərrac evinin rəsmi saytı yayıb.
“Ot tayası” seriyasından olan əsər, Normandiyada rəssamın yaşadığı evinin yanında, 1890-cı ildə çəkilib.
Qeyd edək ki, məlumatda rəsmin yeni sahibinin adı göstərilmir.
Gənclər Kitabxanasında Xalq artisti, kinorejissor Eldar Quliyevin xatirəsi anılıb
Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub