17 mart 2020 10:28
891

KOB dostları ilə görüş keçirilib

Xaçmaz KOB İnkişaf Mərkəzi və KOB dostları əməkdaşlığı genişləndirəcək 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən KOB dostları ilə görüş keçirilib.

"İki sahil" xəbər verir ki, görüş çərçivəsində KOB dostları KOB İnkişaf Mərkəzinin fəaliyyəti, burada mikro, kiçik və orta sahibkarlara göstərilən təlim və məsləhət xidmətləri barədə ətraflı məlumatlandırılıb, biznes sahəsində müxtəlif təlimlər keçmək və məsləhət almaq istəyən sahibkarların mərkəzə yönləndirilə biləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, bu ilin fevral ayında fəaliyyətə başlayan Xaçmaz KOB evində yerləşən KOB İnkişaf Mərkəzində öz biznesini qurmaq və genişləndirmək üçün sahibkarlıq sahəsində bilik və bacarıqlarını artırmaq istəyən KOB-lara peşəkar təlimçi-ekspertlər tərəfindən müxtəlif mövzularda təlimlər keçirilir, konsaltinq xidmətləri göstərilir.