19 mart 2020 16:31
1673

KOBİA və "Kapital Bank"dan hüquqi şəxslərə və sahibkarlara dəstək

Koronavirus (COVID-19) infeksiyasının mikro, kiçik və orta sahibkarlara (KOB) mümkün təsirlərinin azaldılmasına biznes tərəfdaşlığı platforması çərçivəsində dəstək göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) çağırışına "Kapital Bank" da qoşuldu.

"İki sahil" xəbər verir ki, koronavirus infeksiyasının sahibkarlar, xüsusilə də KOB-lar üçün yaratdığı çətinlikləri nəzərə alaraq, "Kapital Bank" sahibkarlara dəstək məqsədilə müxtəlif bank əməliyyatlarında güzəştlər edəcək. Artıq Bank tərəfindən sahibkarlara xarici ölkələrlə olan ticarət əlaqələrinin stimullaşdırılması məqsədilə Müştəri Bank (internet bankçılıq) vasitəsilə bütün istiqamətlərdə olan xaricə pul köçürmələri zamanı komissiyalarda endirimlər tətbiq olunarq 0,2% müəyyənləşdirilib.

Sahibkarlar ölkəxarici köçürmə əməliyyatları ilə yanaşı, əmək haqqı kartlarının sifarişi, əmək haqqı kartlarına mədaxil, ölkədaxili köçürmələr və s. digər əməliyyatları da Müştəri Bank (internet bankçılıq) vasitəsilə filiala gəlmədən həyata keçirə bilərlər. Qeyri-iş günlərində də Müştəri Bank fasiləsiz fəaliyyət göstərəcək. Həmçinin, KOB-ların maliyyə əlçatanlığının asanlaşdırılması istiqamətində biznes kreditləri üzrə rəsmiləşdirmə komissiyası sıfıra endirilir, qiymətləndirmə və sığorta xərcləri isə Bank tərəfindən qarşılanır. Kampaniya 30 Aprel 2020-ci il tarixinədək davam edəcək.