30 iyul 2020 14:01
1004

Kolumbiya – Latın Amerikasında yeni yoluxma ocağı

Kolumbiyada çərşənbə günü COVID-19 xəstəliyindən 380 ölüm faktı qeydə alınıb.

Bununla da ölkə son 24 saat ərzində yoluxanların sayının 10 min həddini keçməsindən sonra Latın Amerikasında yeni yoluxma ocağına çevrilib.

Kolumbiyanın Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə yoluxmaların sayı 276.055, ölüm hallarının göstəricisi isə 9.454 nəfər təşkil edib.

Ölkənin paytaxtı Boqotada 125 ölüm faktı qeydə alınıb. //AZƏRTAC