02 dekabr 2020 16:09
330

Könüllülər Vayxır gölü ətrafında təmizlik aksiyası keçiriblər

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən start verilmiş “Naxçıvan Könüllülərinin Birlik Həftəsi” çərçivəsində könüllülər “Təbiətimiz” devizi altında təmizlik aksiyası keçiriblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Vayxır gölü ətrafında baş tutan təmizlik aksiyasında zəruri sanitar ləvazimatlarla təmin olunan könüllülər tullantıları sahələrdən toplayıb, ətrafda səliqə-sahman yaradıblar.

Aksiyanın keçirilməsində məqsəd təmizliyə riayət olunmasını təbliğ etmək, göl ərazilərinin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq və digər insanlara nümunə olaraq onları da ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.