18 mart 2020 21:04
925

Koronavirus müxtəlif səthlərdə nə qədər yaşayır?

Britaniyalı tədqiqatçılar aşkar edib ki, yeni tip koronavirus əksər səthlərdə təxminən 72 saat qalır.

Bu barədə məlumat "The New England Journal of Medicine" jurnalında yer alıb.

Alimlər SARS-CoV-2 ilə SARS-CoV-1-in müqayisəsini aparıb.

Onlar qənaətə gəliblər ki, hər iki virus təxminən eyni şəkildə yayılır, plastik və paslanmayan poladda daha yaxşı qalır, mis və kartonda isə qısa müddətə yaşayır. Viruslar havada isə təxminən üç saat qalırlar ki, bu da koronavirusun hava damcıları ilə yoluxma riskini təsdiqləyir.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı 11 martda COVID-19-u pandemiya elan edib. //Publika.az