19 mart 2020 10:16
2899

Koronavirusa görə pərəstişkarlarına "İnstagram"da oxuyub - FOTO

Türkiyəli məşhur müğənni Yalın koronavirusa görə evdən çıxa bilməyən pərəstişkarlarına konsert verəcək.

"İki sahil" xəbər verir ki, müğənni heyranlarına mənəvi dəstək olmaq üçün fərqli üslubda konsert təşkil edib. O "İnstagram" hesabında foto yayımlayaraq "Xəyalım konsertdə sizlərlə görüşüb birlikdə mahnı oxumaqdır. Lakin indi vəziyyət tamam başqadır. Çoxsaylı istəkləri nəzərə alaraq, mən də canlı yayımda sizlərlə olacam. Saat 22:00 da görüşmək üçün sözləşək və istədiyiniz mahnıları mənə yazıb gözdərin. Əlimdən gəldiyi qədər sizlər üçün oxuyacam" deyərək izləyicilərini canlı yayımda baş tutacaq konsertinə dəvət edib.