“Ötən günlə müqayisədə, ağrılarım nisbətən artıb”. “İki sahil” xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında koronavirusa yoluxan “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib. Onun sözlərinə görə, həkimlər təlaşa ehtiyac olmadığını deyir: “Vəziyyətim orta-stabildir. Dünənə baxanda bir balaca narahatlığım artıb. Ümumi olaraq, özümdə halsızlıq, iştahsızlıq hiss edirəm. Müəyyən yüngül ağrılarım olur. İntensiv müalicəm davam edir. Həkimlərin nəzarətindəyik. Ümid edirik ki, tez bir zamanda bu xəstəliyə qalib gələcəyik”.
“Məişət zorakılığının qarşısının alınması və mühafizə orderinin tətbiqi mexanizmləri” mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub
Dünyanın daha çox kosmosa ehtiyacı var: Azərbaycan üçün bu çağırış nə deməkdir?