12 noyabr 2026 19:36
653

Kürdəmirdə Konstitusiyanın dövlət quruculuğunda rolu müzakirə olunub

Kürdəmirdə 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə dəyirmi masa keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elşən Həsənli ,YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının rəhbərləri  eləcə də partiya fəalları  iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümumilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra  12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ilə əlaqədar videoçarx izlənilib.

Çıxışlarda ölkəmizdə həyata keçirilən hüquqi islahatlar və dövlətin hüquqi inkişafı istiqamətində görülən işlərdən bəhs edilib.