05 aprel 2020 10:22
1032

Latviyada daha 16 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 16 nəfər artaraq 509 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 19 min 380 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1182 nəfərdən götürülən analizlərin 16-nın nəticəsi müsbət çıxıb. Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 1 ölüm hadisəsi qeydə alınıb.