Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 1025 nəfərə çatıb.
Bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 94 min 621 nəfər müayinə olunub. Son sutka ərzində COVID-19 virusuna görə 1870 nəfərdən analiz götürülüb.
Yeni növ koronavirusdan 22 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 694-dür. Yoluxma hallarının artacağı istisna olunmur. //AZƏRTAC