Lənkəran rayonunun Ürgə kəndi ərazisində qamışlıq sahədə 64 yaşlı kişinin meyiti aşkarlanıb.
1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyev iki gün əvvəl ov etmək məqsədilə həmin əraziyə gedib və geri qayıtmayıb. Bundan sonra onun axtarışına başlanılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.
AZƏRTAC
Xəzərin sahilboyu ərazilərində mövcud tikililərin gələcək taleyi ilə bağlı məsələlərə aydınlıq gətirilib
Xəzər akvatoriyasına aid ərazilərin hüquqi statusu aidiyyəti qurumlarla birgə dəqiqləşdiriləcək