22 iyul 2019 18:07
788

Lənkəranda dörd istirahət mərkəzi cərimələnib

Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti reyd zamanı Lənkəran şəhərinin dənizkənarı ərazilərində fəaliyyət göstərən “Həsirli”, “Panorama”, “Meduza”, “Dağlaroğlu” istirahət məkanlarından tullantıların ətrafa atılması faktı aşkar olunub.

Ərazinin zibillənməsi halları ilə bağlı R.Zamanov, N.Məmmədov, F.Məmmədov və R.Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduqlarına görə protokol tərtib edilib.