“Azərbaycan xalqı Ali Baş Komandanın müdrikliyi və Ordumuzun gücü sayəsində işğal olunmuş torpaqlarımızın geri qaytarılacağına qəti əmindir”
Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə özünün rəsmi “facebook” səhifəsində paylaşım edib. "İki sahil" xəbər verir ki, Əli Əhmədov bildirib: “26 İyun - Silahlı Qüvvələr Günüdür. Quruculuq prosesi Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətçilik strategiyasının reallaşması dövründən başlayan möhtəşəm Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi altında sözün həqiqi mənasında dünyanın qüdrətli silahlı qüvvələri sırasında özünə layiqli yer tutmuşdur.
Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın müdrikliyi və Ordumuzun gücü sayəsində işğal olunmuş torpaqlarımızın geri qaytarılacağına qəti əmindir.
Silahlı Qüvvələr Günümüz mübarək!”.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib