09 oktyabr 2019 14:33
595

Lionel Messi karyerasının ən yaddaqalan oyununu açıqlayıb

Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi karyerasının ən yaddaqalan oyununu açıqlayıb.

Cənubi amerikalı Çempionlar Liqasına təsadüf edən “Real”la görüşü fərqləndirib.

O, 8 il əvvəl baş tutan matçı unikal adlandırıb: “Mənim ən yaxşı oyunum? 2010/11 mövsümünün Çempionlar Liqasının “Real”la yarımfinal oyunu daha çox yadımda qalıb. Onda biz 2:0 hesabı ilə qalib gəldik. Bilmirəm, bu, mənim ən yaxşı oyunum idi, ya yox. Amma unikal qarşılaşma idi”.

Qeyd edək ki, “Santyaqo Bernabeu”dakı görüşdə “Barselona” L.Messinin iki qolu sayəsində 2:0 hesabı ilə qalib gəlib. Cavab matçı 1:1 hesabı ilə nəticələnib. Finalda “Mançester Yunayted”ə 3:1 hesabı ilə qalib gələn barselonalılar kuboka yiyələniblər.