21 oktyabr 2020 14:12
900

Lionel Messidən tarixi rekord

“Barselona”nın kapitanı Lionel Messi Çempionlar Liqasında tarixi rekorda imza atıb.
 
“İki sahil” Kataloniya klubunun Tvitter səhifəsinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna qrup mərhələsinin 1-ci turunda ötən gün keçirilən “Ferentsvaroş”la matçda (5:1) qol vurmaqla nail olub. 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən argentinalı oyunçu turnirin ardıcıl 16 mövsümündə  (2005/06-cı illər mövsümündən bu günədək) fərqlənməyi bacaran ilk futbolçu kimi tarixə düşüb.

 
Qeyd edək ki, Messi bu mövsüm bütün çempionatlar  daxil olmaqla 5 oyuna çıxaraq, 2 qol vurub və 3 qolun ötürməsini verib.