Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
17 oktyabr 2020 20:11
313

Liviyalı diplomat: Biz Azərbaycan xalqının yanındayıq

Gəncədə həlak olanların ailələrinə, Azərbaycan hökumətinə dərin hüznlə başsağlığı verirəm. Onlara Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm Gəncədə yerli sakinlərlə görüşdə söyləyib.

“Mənim ölkəm də terrordan əziyyət çəkir. Müharibədən əziyyət çəkən ölkənin vətəndaşı kimi qeyd edirəm ki, biz Azərbaycan xalqının yanındayıq. Bu müharibədə biz Azərbaycan xalqını dəstəkləyirik. Biz sizinlə həmrəyik. Bu hadisəni qəti şəkildə pisləyirik”, - deyə Əşrəf Adəm bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də Gəncənin mərkəzi hissəsinə raket zərbəsi nəticəsində ilkin məlumata görə, 14 nəfər həlak olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Həlak olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var. İki uşaq itkin düşüb, axtarış-xilasetmə əməliyyatları davam edir.