07 oktyabr 2019 13:40
96

London məktəbində biabırçılıq - Cinssiz tualetlər açıldı, qalmaqal qopdu

Britaniyada bəzi məktəblərdə neytral tualetlərin açılması ölkədə qalmaqal yaradıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Londonun qərbində yerləşən "Deanesfield Primary School"un şagirdləri, xüsusən də qızlar müdriyyətin sanitar qovşaqları ilə bağlı qərarından narazıdırlar.

Onlarla valideyn məktəb müdriyyətinə və digər səlahiyyətli şəxslərə məktub yazaraq mövcuz vəziyyətin dəyişdirilməsini tələb edirlər.

Belə ki, sözügedən məktəbdə qızlarla, oğlanların ayaqyolu eynidir. Bu səbəbdən də, qızlar bir neçə gündür ki, dərsə getmirlər, dərsə gedənlər isə ayaqyolundan istifadə etmirlər.