12 yanvar 2021 16:48
884

Lüks avtomobil markalarını elektrik “vurdu”- "Mercedes" və "BMW" "Tesla"ya uduzmağa başlayır

Tesla bazara girdikdən sonra Çinin avtomobil bazarında "Mercedes", "BMW" və "Audi" kimi lüks avtomobil istehsalçılarının payları azalıb.

“İki sahil” xəbər verir ki, 2020-ci ildə “Mercedez Benz” BMW-dən 2020-ci ildə “dünyanın ən çox satılan lüks avtomobil markası” adını cüzi fərqlə alıb.  Ancaq Çin avtomobil bazarında Almaniyanın dominantlığı azalmağa başlayıb.

"BMW" qlobal satışların 0,72 faiz azalaraq 2,03 milyon avtomobil olduğunu bildirib. “Mercedes” satışdakı ən böyük rəqibini geridə qoyarkən, elektrikli avtomobil istehsalçısı “Tesla” dünyanın ən böyük bazarına çıxıb.

“Tesla”, “Nio” və “Li Auto” Çində tanınmış avtomobil istehsalçılarına çevrilməyə başladığı halda, “BMW”, “Mercedes” və “Volkswagen Audi” uzun müddət idi ki, lüks avtomobil seqmentinin 60 faizinə nəzarət edirdi.

Alman istehsalçıları keçən il bazarda böyümələrinə baxmayaraq, bazarın bir hissəsini elektrikli maşın istehsalçıları ilə bölüşmək məcburiyyətində qalıblar. “Piper Sandler & Co” şirkətinin analitiki Aleksandr Potter  bu trendin “BMW”, “Mercedes” və “Audi” üçün vəziyyəti daha da pisləşdirəcəyini düşünür.

Alman avtomobil istehsalçıları, Tesla’nın bu irəliləyişinə elektrikli avtomobil modellərinin sayını artıraraq cavab verirlər. BMW “Daimler EQA” kompakt modelini bu ay elan etməyə hazırlaşaraq 2023-cü ilə qədər bütün elektrik və hibrid modellərin sayını iki qat artıraraq 25 model təqdim etməyi hədəfləyir.

“Mercedes” orta hesabla satışda “BMW”ni geridə qoysa da, keçən il yalnız 193 min elektrikli avtomobil sata bilib.