Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşuldu.
Ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, vətəndaşlar tərəfindən zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinə dəstək məqsədilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində daha bir maarifləndirici videoçarx hazırlanıb.
"İki sahil" xəbər verir ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), "ZiraatBank Azərbaycan" və "Times consulting" şirkətinin birgə təşəbbüsü ilə hazırlanmış videoçarxda koronavirus infeksiyasının təhlükəsi, sosial davranış qaydalaraına riayət edilməsinin vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılır. Videoçarxın əsas çağırışı “Biz Birlikdə Güclüyük” şüarıdır.
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Rəqabətin inkişafına və inhisarçılığın qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiqlənib
İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib