11 iyul 2020 14:59
467

Macarıstan humanitar dəhliz yaradır

Macarıstan hökumətinin başçısı Viktor Orban bu günlərdə bildirib ki, Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşlarının Macarıstana gəlməsinə icazə verilməyəcək, çünki bu, “macarların sağlamlıq maraqlarına ziddir”. Bu halda Baş Nazir Serbiya üçün istisna edib.

AZƏRTAC Macarıstan milli polisinin saytına istinadla xəbər verir ki, indi səyahətçilər Macarıstan ərazisindən tranzitlə keçmək üçün humanitar dəhlizdən istifadə edə biləcəklər. Macarıstandan keçib gedən səyahətçilər yalnız məxsusi olaraq onlar üçün ayrılmış humanitar marşrut boyunca yerləşən, adları xüsusi siyahıda göstərilən yanacaqdoldurma stansiyalarından və xidmət zonalarından istifadə etməlidirlər.

Səyahətçilərin gediş-gəlişi üçün 19 sərhəd məntəqəsi açıq qalacaq.