"Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər azad və ədalətli şəkildə keçirilib".
"İki sahil" xəbər verir ki, bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar keçirilən mətbuat konfransında GUAM Parlament Assambleyasının müşahidə missiyasının üzvü, ukraynalı deputat Maryan Zablotskiy deyib.
Onun sözlərinə görə, Azərbaycan parlamentinə seçkilər beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilib: "Seçicilərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb".
M.Zablotskiy GUAM Parlament Assambleyasının müşahidə missiyasının müşahidə aparılan məntəqələrdə heç bir pozuntu hallarına rast gəlinmədiyini vurğulayıb.
Orxan Vahidoğlu, "İki sahil"
Vüqar Rəhimzadə: Ədalətli yeni dünya nizamının formalaşdırılması ölkəmizin bütün platformalardan səsləndirdiyi əsas çağırışdır
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB