12 mart 2020 20:26
912

“Maşa və ayı” cizgi filmi necə yarandı?

“Maşa və ayı” cizgi filmi necə yarandı? və ya “kiçik nüvə reaktoru”

Sizcə, dəcəl cizgi filmi qəhrəmanı olan Maşa real həyatda olsaydı necə olardı? Rusiyalı rəssam Oleq Kuzovkov Krım çimərliyində dincələrkən bir qızcığaz onun diqqətini cəlb edir. Uşaq öz enerjisi ilə valideynlərini və digər istirahət edənləri bezdirmişdi. Rəssamı ən çox heyrətləndirən isə “kiçik nüvə reaktorunun” özündən qat-qat böyüklərə komandanlıq etməsi və onları təngə gətirməsi idi. Cəmi bir neçə gündən sonra hamı ondan bezmişdi, bəziləri isə qızı görəndə gizlənirdilər. Kuzovkov bu vaxt düşünür ki, qızcığazı hansısa cizgi filminin qəhrəmanı etmək pis olmazdı. Beləliklə də, məşhur “Maşa və ayı” cizgi filmi ərsəyə gəlir.

Həyat Qəhrimanlı