02 aprel 2021 12:41
793

Məktəbdənkənar təhsil müəssisələri də distant təhsilə keçir

Təhsil Nazirliyinin ötən gün aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda distant təhsilə keçmə ilə bağlı qərarı məktəbdənkənar təhsil müəssisələrinə də aiddir. 

“İki sahil” xəbər verir ki, bunu  Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bildirib. 

Qeyd edək ki, məktəbdənkənar təhsil müəssisələrinə Uşaq-Gənclər İdman Şahmat Məktəbləri və Uşaq-Gənclər İnkişaf Mərkəzləri daxildir.

Rəşad Tağıyev  deyib ki, distant tədrisə keçmiş təhsil müəssisələrinin yenidən əyani tədrisə geri dönüşü təbii ki, mövcud sanitar-epidemioloji vəziyyətdən, yəni yoluxmaların sayından asılıdır. Təhsil Nazirliyinin dünən Səhiyyə Nazirliyinin müvafiq rəyi əsasında verdiyi qərar yoluxmanın daha çox olduğu 5 region üzrə ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin distant təhsilə keçməsi ilə bağlıdır”. 

Onun sözlərinə görə, həmin təhsil müəssisələrinin yenidən əyani tədrisə geri dönüşünə yoluxma sayından asılı olaraq qərar veriləcək. (APA)