07 oktyabr 2019 14:29
290

“Mən heç onları kişi hesab eləmirəm” - Prodüserdən ŞOK AÇIQLAMA - VİDEO

ARB TV-nin efirində yayımlanan "Səhər-səhər" verilişinin növbəti qonağı müğənni Yaşar Cəlilov, yazar Aysel Əlizadə, aktrisa Kəmalə Müzəffər və tanınmış aparıcı, prodüser Vüsalə Kərimova olub.

Milli.Az bildirir ki, verilişdə söhbət müasir kişilərdən - modern kişilərdən düşən zaman prodüser özündən çıxıb və modern kişiləri kişi hesab etmədiyini bildirib:

"Hər cür insan var, insanlar individual xarakter daşıyırlar. Mən modern kişiləri bəyənmirəm. Kim inciyirsə incisin, mən heç onları kişi hesab etmirəm. Mən bilsəm ki, sabah evə gecə gələcəm, bugündən uşaqlarımın yeməyini hazırlayıb qoyuram. Bir kişi ki, fərqi yoxdur hansı halda, mənə yemək hazırlayacaqsa, paltar yuyacaqsa, mən ondan nə gözləyim? Kişinin kişi işi var, qadının qadın işi".