08 oktyabr 2019 14:49
287

Məşhur aktrisanın bacısı evlərə təmizliyə gedir, 70 lirəyə it gəzdirir

2005-ci ildə vəfat edən aktyor Tanju Korel və Hülya Dercanın qızı Zeynep Korel Amerikada yeni bir həyata başlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zeynəb Korel bir müddət əvvəl Çikaqoya köçüb. Məlum olub ki, Boğaziçi Universitetinin Turizm fakültəsini, həmçinin Texasdakı Rays Universitetinin Dizayn şöbəsini bitirən, eyni zamanda bir çox şirkətdə menecer olaraq çalışan və iki kitab yazan Zeynəb Korel evlərə 400 liraya təmizliyə gedir. Bergüzarın Korelin doğma bacısı boş qalan vaxtlarında isə saatı 70 lirəyə it gəzdirir.

Zeynep Korel yeni həyatı barədə mətbuata danışıb: "Amerikadakı evləri təmizləyirəm. Gündəlik işlər görürəm. “Ailənin imkanları olduğu halda bunu necə edirsən? Bundan heç utanmıram” deyə sual verirlər. Heç bir şey ayıb deyil. “Heç bir iş görməmək ayıbdır”.

Zeynəb Korel müsahibəsində bildirib ki, Amerikada idman salonlarına yazılmaq olduqca bahalıdır. Odur ki, çıxış yolunu it gəzdirmək və evlərə təmizliyə getməkdə görüb.

"Düşündüm ki, bu yolla idmanımı da etmiş olaram".