13 fevral 2020 14:35
469

Messinin kolleksiyasında Ronaldunun forması yoxdur - FOTO

İspaniya "Barselona" klubunun kapitanı Lionel Messi vacib oyunlardan sonra rəqib komandanın futbolçuları ilə formasını dəyişdirməyi xoşlayır.

"Report" xəbər verir ki, argentinalı hücumçunun böyük forma kolleksiyası var. Lakin 32 yaşlı forvardın kolleksiyasında kifayət qədər tanınmış oyunçuların forması olsa da, hazırda İtaliya "Yuventus"unda çıxış edən "Real Madrid"in sabiq hücumçusu Kriştianu Ronaldunun futbolkası yoxdur. "Kral klubu"nun keçmiş üzvləri - artıq karyerasını başa vurmuş Raul Qonsales və Fransa PSJ-sində çıxış edən Anxel Di Mariyanın formaları da Messinin kolleksiyasını bəzəyir.

Qeyd edək ki, Kriştianu Ronaldu 2009-2018-ci illərdə "Real Madrid"də çıxış edib.