16 noyabr 2019 12:42
206

Meyvə-tərəvəz ixracı artıb

Bu ilin yanvar-oktyabr aylarında ölkədən 467 min 292 ton meyvə-tərəvəz göndərilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, hesabat dövründə ixrac edilən meyvə-tərəvəzin dəyəri isə 455 milyon 515 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin 10 ayında ölkədən 405 milyon 497 min dollarlıq 443 milyon 196 min ton meyvə-tərəvəz ixrac edilib.