09 avqust 2020 18:15
1224

Millətin gələcəyi naminə görülən misilsiz işlər

Bütün dünyanın pandemiya ilə üz-üzə qaldığı və ölkələrin iqtisadiyyatlarında geriləmələrin qeydə alındığı bir zamanda biz Azərbaycan iqtisadiyyatının dayanıqlı iqtisadiyyat olmasının şahidi olmaqdayıq.  Koronavirusla mübarizə tədbirləri ilə yanaşı ölkədə həyata keçirilən layihələrin əvvəlki kimi davam etdirilməsi bunu deməyə əsas verir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi iqtisadiyyatda mənfi tendensiyaların qeydə alınmasına baxmayaraq nəzərdə tutulan heç bir layihə təxirə salınmır.

Dövlətimizin xüsusi diqqət göstərdiyi sahələrdən biri də təhsil sahəsidir. Təhsil sahəsinin inkişafı, müasir maddi-texniki bazanın yaradılması təhsil infrastrukturunun müasir dövrün tələbləri çərçivəsində qurulması əsas prioritetlərdəndir.

Cənab Prezident İlham Əliyev çıxışlarının birində qeyd etmişdir ki, biz neft kapitalını insan kapitalına çevirməliyik.  Təhsil sahəsində görülən işlərə nəzər saldıqda isə görmək mümkündür ki, cənab prezident əslində bu fikirlərini bir deviz olaraq qəbul edib. Bu günə qədər ölkədə bu sahədə görülən işlər hər bir vətəndaşın gözü önündə baş verib. 

Ölkəmizdə təhsillə bağlı həyata keçirilən işlərin nə qədər vacib və əhəmiyyətli olmasını Prezidentin son 10 gün ərzindəki iş fəaliyyətinə nəzər salmaqla da görə bilərik.  Son 10 gün ərzində cənab Prezident İlham Əliyev təhsillə bağlı  7 Sərəncam imzalamışdır.  Həmin Sərəncamlardan biri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda dəyişiklik edilməsi, altısı isə ölkənin müxtəlif bölgələrində yeni məktəb binalarının tikilməsi və quraşdırlması ilə əlaqədardır. Həmin Sərəncamlara əsasən ölkəmizin 18 şəhər və rayonunda 31 məktəbin tikintisi və quraşdırılması işləri həyata keçiriləcəkdir. Bununla da minlərlə şagirdin və yüzlərlə müəllimin tədris və iş şəraiti yaxşılaşdırılmış olacaq.

Bundan əlavə hazırda ölkəmizin müxtəlif bölgələrində çoxlu sayda yeni məktəb binalarının tikintisi davam etdirilir ki, onlardan 6-ı paytaxt Bakının payına düşür.

Bütün bu işlər Azərbaycan təhsilinin inkişafı naminə görülən işlərdir. Eyni zamanda  müasir standartlara cavab verən təhsil infrastrukturunun yaradılması yüksək keyfiyyətli təhsil əldə etmək imkanı yaratmaqla yanaşı təhsilalanların və təhsilverənlərin sağlamlğını təmin etmiş olur.

Dövlətin təhsilə və öz vətəndaşlarına diqqətindən danışarkən pandemiya dövründə sosial həssas qrupa daxil olan ailələrdən olan ali məktəblərdə ödənişli təhsil alan tələbələrin təhsil haqqının ödənilməsi üçün dövlət büdcəsindən 40 milyon manat vəsaitin ayrılmasını da qeyd etmək yerinə düşər.

Ulu öndər Heydər Əliyev qeyd edirdi ki, təhsil millətin gələcəyidir. Bu gün ulu öndərin siyasətini uğurla həyat keçirən cənab Prezidentimiz İlham Əliyev xalqımızın, millətimizin gələcəyi üçün yorulmadan çalışır və misilsiz işlər görür.

Anar Şahverdiyev,

YAP Ağdas rayon təskilatının əməkdaşı