09 yanvar 2020 10:47
339

"Möcüzə Doktor" serialından möcüzə evlilik təklifi

Taner Ölmez və Ece Çeşmioğlu evlənir!

"İki sahil" xəbər verir ki, "Möcüzə Doktor" serialındakı performansı ilə son günlərin ən çox danışılan aktyorlarından biri olan Taner Ölmez həmkarı Ece Çeşmioğlu ilə uzun müddətdir eşq yaşayırdı. Münasibətlərində ciddi bir addım atmağa qərar verən Ölmez, Belçikanın tarixi  şəhəri olan Brüggedə Çeşmioğluna evlənməyi təklif etdi. Bir körpüdə gedərkən edilən təklifə Çeşmioğlunun cavabı "bəli .. Əzizlərim, gələn yay toy masasında oturmağı planlaşdırırıq." olub.