27 iyul 2020 14:19
991

Moskvada terror aktının qarşısı alınıb

Rusiyanın paytaxtı Moskva şəhərində terror aktının qarşısı alınıb.

“RİA Novosti”nin xəbərinə görə, terror aktı törətməyə hazırlaşan şəxs saxlanılan zaman Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarına atəş açıb.

Terrorçu FTX əməkdaşları tərəfindən məhv edilib.