24 yanvar 2020 12:13
822

Müdafiə Nazirliyindən İDDİA: Yunanıstan…

“Yunanıstanın müqavilələrə zidd olaraq Egey dənizindəki 16 adanı silahlandırır”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Müdafiə Naziri Hulusi Akar deyib. O, bildirib ki, 1960-cı illərdən etibarən adaları ağır silahlarla silahlandıran Yunanıstan bəzi adalarda hərbi döyüş təyyarələrinin istifadə edə biləcəyi bazalarla yanaşı, dəniz bazaları da inşa edib.

Mütəxəssislərin iddialarına görə, Türkiyə Yunanıstanın adalarda 50-100 min nəfərlik ordu saxlaması ilə əlaqədar BMT-yə müraciət etməlidir.

Qeyd edək ki, Egey dənizində yerləşən adaların silahlandırılması Lozanna (1923) və Paris (1947) müqavilələrinə əsasən məhdudiyyət qoyulub.