28 may 2023 16:01
414

Mustafa Destici: Xalqımızın verdiyi qərara hörmətlə yanaşırıq

Biz milli iradənin və demokratiyanın tərəfdarıyıq.

"İki sahil"in TurkicWorld-a istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda səsvermə zamanı deyib. "Xalqımızın verdiyi qərara hörmətlə yanaşırıq", - deyə o qeyd edib.

Xatırladaq ki, may ayının 14-də keçirilən seçkilərin birinci turunda prezident Rəcəb Tayyib Ərdoğan 49,5%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kemal Kılıçdaroğlu 44,89% səs, Ata İttifaqı namizədi Sinan Oğan 5,47% səs Memleket Partiyasının namizədi Muharrem İnce isə 0,44 % səs toplayıblar.