09 iyun 2025 02:57
94

Avstraliyada antisemitizm artır: Yəhudilər ölkəyə buraxılmırlar

Avstraliya Yəhudiləri Assosiasiyası (AJA) ölkəyə daxil olmaq istəyən yəhudilər üçün qəfil vizaların ləğvi ilə bağlı xəbərlərdən sonra bütün dünyadakı yəhudilərə təcili xəbərdarlıq edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.

Assosiasiya bildirir ki, bu, yəhudi icması, eləcə də İsrailə qarşı artan düşmənçiliyə işarə edən narahatedici tendensiyadır və beynəlxalq əlaqələrə mənfi təsir göstərir.

Xəbərdarlıqda deyilir ki, hətta yüksəkvəzifəli şəxslər də viza ləğvindən sığortalanmayıblar.

Assosiasiya bütün dünyadakı yəhudiləri səyahət planlaşdırarkən ehtiyatlı və diqqətli olmağa, hətta planlarını yenidən nəzərdən keçirməyə çağırır.