02 iyul 2020 18:36
593

Myanmada sürüşmə: 162 nəfərin cəsədi tapılıb - FOTO

Myanmanın Kaçin əyalətində yerləşən mədəndə torpaq sürüşməsi baş verib.

“İki sahil” xəbər verir ki, Myanma Yanğınsöndürmə İdarəsinin “Facebook” səhifəsində yayılan məlumata görə, hadisə nəticəsində 162 nəfərdən çox adam ölüb.

Myamar İnformasiya Nazirliyinin rəsmisi Tar Lin Maung isə açıqlamasında 162 nəfərin cəsədini tapdıqlarını, qalan cəsədlərin isə torpağın altında qaldığını deyib.

Bölgədə xilasetmə işlərinin davam etdiyi bildirilir.

Qəzanın şahidi olan 38 yaşlı Maun Khaing sürüşmə zamanı insanların "Qaç, qaç!" deyə qışqırmağa başladığını deyib: "Hər kəs bir dəqiqə içində yox oldu. Palçıqda kömək üçün fəryad edən insanlar var idi. Ancaq heç kim onlara kömək edə bilmədi".

Bildirilir ki, hadisənin baş verdiyi bölgədə tez-tez sürüşmə baş verir.

“İki sahil”