13 sentyabr 2019 13:26
822

Namiq Babayev vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədr müavini Namiq Babayev sentyabrın 20-də Hacıqabulda vətəndaşları qəbul edəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, qəbul saat 10.00-da Hacıqabul şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Hacıqabul, Şirvan, Saatlı, Sabirabad rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların DİM-in internet saytına (http://eservices.dim.gov.az/sedrinqebulu/) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya mərkəzin Şirvan regional müraciət etmələri xahiş olunur.

Bundan əlavə, qəbula gəlmək istəyənlər sentyabrın 19-dək (şənbə və bazar günləri istisna olmaqla, saat 10.00-dan 17:00-dək) Şirvan, Saatlı, Sabirabad rayon təhsil şöbələrinə müraciət etməklə də qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.