16 mart 2020 17:51
1524

Naxçıvan şəhərində Novruz bayramı yarmarkası açılıb

Naxçıvan şəhəri Xətai küçəsindəki Mərkəzi bazarda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bayram yarmarkasında muxtar respublikanın müxtəlif bölgələrində yetişdirilən meyvə və tərəvəzlər, heyvandarlıq məhsulları ilə yanaşı, sənaye və ailə təsərrüfatı məhsulları da çıxarılıb.

Qeyd edək ki, yarmarkada müxtəlif növ şirniyyatlar, quş və balıq ətinin də satışı təşkil olunub. Məhsullar sanitar-gigiyenik müayinələrdən keçirilir, ət və ət məhsulları isə baytarlıq müayinəsindən sonra satışa çıxarılır. Yarmarkaya çıxarılan məhsullar bazar qiymətlərindən daha sərfəli qiymətlərlə alıcılara təklif olunur. Yarmarka martın 20-dək davam edəcək.