Bakı Naxçıvan nümayəndəliyi Operativ Qərargaha müraciət edib
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reyslərinin bərpası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha məktubla müraciət edib.
“İki sahil” daimi nümayəndəliyin saytına (ndn.az) istinadən xəbər verir ki, məktub nümayəndəliyə olan çoxsaylı müraciətlərlə əlaqədar ünvanlanıb.
Qeyd edək ki, 2020-ci il aprel ayının 5-də COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reysləri dayandırılıb.
Məhkəmə Vardanyanın “VoMa” terror təşkilatının maliyyələşdirilməsini öz üzərinə götürdüyünü müəyyən edib
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb