22 yanvar 2021 01:14
1044

Naxçıvanda zəlzələ olub

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, Şahbuz stansiyasından 12 km şimal-qərbdə zəlzələ olub.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar episentrdə 4, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss edilib. Yeraltı təkanlar yerli vaxtla saat 23:23-də qeydə alınıb.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.