18 may 2020 20:36
1376

Nazirlər Kabinetinin mətbuat katibindən məscidlərə bağlı AÇIQLAMA

"Məscidlərdə kütləvi şəkildə dini tədbirlərin keçirilməsi ilə bağlı bu günə heç bir qərar yoxdur".

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O qeyd edib ki, hər hansı qərar olsa, ictimaiyyətə açıqlanacaq.