06 oktyabr 2019 16:17
735

"Neftçi"nin futbolçusu millidə oynamayacaq

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Milli.Az AFFA-nın saytına istinadla xəbər verir ki, Premyer Liqanın VII turunda keçirilmiş "Neftçi" - "Səbail" oyununda zədələnən Səlahət Ağayevin əvəzinə millinin heyətinə "Sumqayıt" klubundan Mehdi Cənnətov dəvət olunub.

Xatırladaq ki, oktyabrın 9-da milli Bəhreynlə yoxlama, oktyabrın 13-də isə Macarıstanla Avro-2020-nin seçmə oyununa çıxacaq.