03 oktyabr 2018 14:55
7600

Dünyanın ən böyük saatı haradadır?

Şəhərlərin “anası” - İslamda Məkkə bu cür səslənir. Bu şəhərin bütöv adı isə  Əl-Məkkə-Əl-Məhərrəm adlanır. Ərəb dilində “Cah-cəlallı Məkkə” deməkdir.

Hamının bildiyi kimi, dünyanın ən böyük saatı məhz Məkkədə inşa edilib. Bu əsərin adı “Makkah Clock” Məkkə saatı adlanır. Saat 425 metr hündürlüyə malikdir.

Saatın mexanizmi Səudiyyə Ərəbistanı kralının əmri ilə Ramazan ayının ilk günündə, Ayın görsənməsindən bir dəqiqə sonra işə salınıb. Saat dünyanın istənilən istiqamətinə dövr eləyən dörd siferblata sahibdir və namaz vaxtı beş dəfə zəng çalmaq kimi mexanizmə malikdir.

Küləyin təsiri nəticəsində saatın əqrəblərinin əyilməməsi üçün 90 milyon rəngli kristal mozaikadan istifadə olunub və İsveç istehsalçıları elə bir mexanizm yaradıblar ki, əqrəblər siferblatdan kifayət qədər uzaq məsafədə dayanır.

“Bu saat futbol meydanı qədər nəhəngdir” -  deyə Martin Riffel “Le Matin” qəzetində öz təəssüratlarını bildirmişdi.

Quraşdırma zamanı əsas çətinliklərdən biri saatın əqrəblərini küləyin təsirindən qorumaqdır. Saatın dəqiqə əqrəbi 22 metr, saatı bildirən əqrəb isə 17 metrə bərabərdir.

Ölçüsü 45 metrə bərabər olan siferblat təxminən 10 milyon insanın gecə vaxtı 17 kilometr, gündüz isə 12 kilometr uzaqlıqdan görmələrinə imkan verir. Göydələn saat üzərində quraşdırılan 21 min ağ və yaşıl rəngli elektrik lampaları gecə görüntüsünü daha mükəmməl edir.

21 tonluq saat mexanizmi polad və tuncrəngli detallardan hazırlanıb. Bundan başqa saat ehtiyac olduqda təmir oluna bilməsi üçün hissələrdən təşkil olunub, çünki 425 metr yüksəklikdə onu yerində təmir etmək heç də asan deyil.

İsveçrə istehsalçılarına 120 000 müxtəlif texniki sənədlərin nüsxəsinin əldə olunması və saatın  istehsal edilməsi üçün iki il vaxt tələb olunub.

Qüllənin yaradıcıları saatın işləməsinə 500 il zəmanət veriblər. Belə ki, istifadə olunan materialların  pastutma riski digərlərinə nisbətən  10 dəfə aşağıdır.

Məkkə saatında saat dünyanın müsəlman ölkələri üçün bir etalondur. Buna səbəb isə  saatın müqəddəs torpağa yaxın yerdə yerləşməsidir və bütün İslam dünyası saatını ona əsasən tənzimləməlidir.

Könül Əliyeva, “İki sahil”