23 fevral 2016 23:59
1693

Dubay neft aslılığından necə xilas oldu?

Neft səltənəti hesab olunan Dubayda böhran yoxdu. Çünki 20 il ərzində bu şəhər “qara qızıl” asılılığından xilas olub. İqtisadçıların fikirincə, neft hasil edən ölkələrin də Birləşmiş Ərəb Əmirliyinin bu təcrübəsindən istifadəsi mümkündür.

Ərəb yarımadasında neft gəlirlərinin hesabına qum təpəcikləri arasında dəbdəbəli həyat sürən, az qala süd gölündə üzən insanlar haqqında əfsanələri yəqin ki, çoxlarınız eşitmisiniz. Amma indi vəziyyət dəyişib.   Ən məşhur Əmirliklərin birində-Dubayda “qara qızıl”ın dəyərdən düşməsi heç kəsi maraqlandırmır, valyutanın məzənnəsi dəyişməz olaraq qalır, yerli hakimiyyət orqanları isə büdcə kəsirləri haqqında fikirləşmirlər. Halbuki 20 il əvvəl burda büdcənin 20 faizini neftdən əldə olunan vəsait təşkil edirdi. İndi “qara qızıl”ın payı Dubay iqtisadiyyatında vur-tut 60 faizi, bütövlükdə BƏƏ-də isə 29 faizdir.

Ötən əsrin 70-80-ci illərində başqa neft ölkələrində olduğu kimi Dubayda da heç kim əməlli-başlı bir iş görmürdü-hamı xərcləyirdi və hamı gözünü neftdən gələn pullara dikmişdi. Üstəlik ən bahalı, zəngin, dəbdəbəli, xarici maşınlara üstünlük verilirdi. Lakin araşdırmalar göstərdi ki, səhrada neft tükənə bilər və təxminən 2040-cı ildə biryolluq yox ola bilər. Odur ki, hökumət nefti əvəz edə bilən alternativ mənbələr axtarmağa məcbur oldu.

İlk növbədə ölkədə turizmi inkişaf etdirmək ideyası ortaya atıldı. Amma o zaman bu barədə danışmaq çoxlarına gülməli gəlirdi. Axı burada qum səhrasından və dəvədən başqa görməli və gəzməli nə var idi ki?! Amma indi Dubay turistlərin üz tutduğu əsas istiqamətlərdən biridir. Təkcə ötən il  bu kiçik Əmirlik ölkəsinə 20 milyon tussit təşrif buyurmuşdur. Özü də necə? Dubayın mərkəzində tur rəhbərləri adamın saqqızını oğurlamaq üçün nələr təklif etmirlər: göydələnlərin fonunda şəkil çəkdirmək, dəvənin belində gəzinti, fars körfəzində balıq tutmaq, yayın cırhacırında dağ-xizək sürmə kompleksinə baş çəkmək.

Ən vacib məqamlardan biri isə Dubayın “kolbasa idxalı”ndan əl çəkməsidir. İlk baxışda adamın ağılına gəlir ki, görəsən səhrada nə yetişdirmək olar? Burada içməli su da qızıl qiymətinədir. Və ərzaq məhsullarını yalnız xaricdən gətirmək mümkündür. Çoxlarına qəribə görünsə də indi əhalinin 70 faizi kənd təsərrüfatı ilə məşğuldur. Dubay özünü meyvə-tərəvəzlə təmin edir, okean suyunun təmizlənməsi qurğular yaradılıb, süni otlaq sahələri salınıb, xaricə çiyələk ixrac olunur, yeri gəlmişkən, BƏƏ Avropaya ekoloji baxımdan təmiz kən təsərüfatı məhsulu ixrac edən ölkələrdən biri hesab olunur. İndi Rusiya Türkiyədən idxal olunan kənd təsəürfatı məhsullarına embarqo qoyduqdan sonra BƏƏ-nin Rusiya bazarına yolu açılıb. “Abu-Dabi TV”nin əməkdaşı Camal İsmayılın “Arqumeti i faktı” qəzetinə verdiyi açıqlamada bildirilir ki, hazırda Əmirlikdə neft və təbii qazdan yan keçməklə digər enerji mənbələrinin axtarışına sərmayə qoyulmasına daha çox üstünlük verilir.

Xatırladaq ki, neftdən asılılığı aradan qaldırmaq üçün BƏƏ təxminən 35 milyard dollar vəsait xərcləmişdir.

Akif Əhmədgil, 
Şəfiqə Dadaşova, 
“İki sahil”