10 aprel 2018 00:57
3570

Tərcümə işi ilə bağlı maraqlı faktlar

Tərcüməçilik sadə peşə deyil, bu işi bilmək üçün dillə yanaşı, təcrübə, həmin dillərin ədəbiyyatını, tərcümənin incəliklərini bilmək lazımdır. Hüquqi baxımdan da tərcümənin incəliyindən çox şey asılıdır. Bu yazıda müxtəlif dillərə çevirmənin incəlikləri barədə danışacağıq.

1. Məşhur “American Airlines” aviaşirkəti təyyarələrinin salonunu yeni dəri kreslolarla təchiz etdikdən sonra “Fly in Leather!” “Dəridə uç” şüarı ilə meksikalı müştərilərini bu barədə məlumatlandırmışdı. Qəribəsi isə odur ki, meksikalıların istifadə etdikləri ispan dilindən tərcümədə bu şüar “Paltarsız uç” mənasını vermişdi.

2. Tərcümənin çətinliyi ilə qarşılaşan digər şirkət “Coca-Cola” olmuşdu. Belə ki, Çində “Coca-Cola” sözünün mənası çox qəribə səsləndiyindən şirkət bu ölkədə məhsulunu “Koku Kole” adlandırmağa məcbur olub. “Koku Kole” tərcümədə “Xoşbəxtlik ağızda” anlamına gəlir.

4. “General Motors” avtomobil şirkəti “Chevrolet Nova” avto markasının Latın Amerikasında təqdimatı zamanı uğursuzluqla üzləşmişdi. Məsələ bunda idi ki, “Nova” ispan dilindən tərcümədə “Hərəkət etməyə qadir olmayan” mənasını verir.

5. Dünyada ən çox dilə tərcümə olunan kitab “İncil” sayılır. Köhnə və yeni cildləri indiyədək 500-dən artıq dilə tərcümə olunub. Bundan əlavə, “Pinokkio” və “Balaca şahzadə” əsərləri 250-dən artıq dilə, “Harri Potter” təxminən 70 dilə tərcümə olunub.

6. Kitabların ən  çox tərcümə edildiyi dillər ingilis, fransız, alman, italyan və rus dilləridir. Mütəxəssislərin sözlərinə görə, ən rahat tərcümə olunan dil isə ispan dilidir.

7. “Hərb və sülh” romanının əslində rus dilində 460 min söz, ingilis dilinə tərcüməsində isə 100 mindən artıq söz olur.

8. “UNESCO” da dünyada tərcümə olunan bütün kitabların onlayn bazası saxlanılır. Onların statistikasına əsasən, ən məşhur müəlliflər Aqata Kristi, Jül Vern, Uilyam Şekspir hesab oluna bilərlər.

9. Dünya üzrə tərcüməçilik peşəsinə yiyələnən insanların sayı 330 min nəfərdir. Bu isə Yer üzərində məskunlaşan insanların 0,0045 %-ni təşkil edir.

10. Tərcümə mütəxəssisi bir saat ərzində təxminən 250 söz tərcümə edir. Bütün gün işləyən tərcüməçi təxminən il ərzində 520 min söz tərcümə etmiş olur.