02 oktyabr 2017 20:34
12517

“Azəriqaz”dan “1000 sual - 1000 cavab”

“Azəriqaz” İstehsalat Birliyində (İB) işçilərin bilik səviyyəsinin artırılması məqsədilə yeni kitab hazırlanaraq nəşr edilib.

Birlikdən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin neft–qaz sənayesinin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı Sərəncamı ilə “Azəriqaz” QSC yenidən təşkil olunaraq “Azəriqaz” İstehsalat Birliyi kimi SOCAR-ın tərkibinə verildikdən sonra ölkəmizdə qaz təsərrüfatının inkişafı yeni vüsət alıb. Respublika ərazisində əhalinin həyat səviyyəsinin yüksəldilməsində, məişət problemlərinin həll olunmasında qazlaşma işlərinin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alan birlik rəhbərliyi sahənin daha da inkişaf etdirilməsi, mövcud şəbəkənin modernləşməsi və idarəetmənin təkmilləşdirilməsi, həmçinin əmək şəraitinin yaxşılaşdırılması, əl əməyinin azaldılması və təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə qabaqcıl texnologiyaların və standartların tətbiqinə, eləcə də işçilərin bilik səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirib.

Həmçinin istеhlаkçılаrı fаsiləsiz, kеyfiyyətli və təhlükəsiz təbii qаzlа təmin еtmək və istehlakçılara yüksək səviyyəli хidmət göstərmək məqsədilə birlik rəhbərliyinin göstərişi ilə ölkə ərazisində qüvvədə olan mövcud qanunlar, qaydalar və digər normativ hüquqi aktlar əsasında “Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına, ekoloji qanunvericiliyə və beynəlxalq standartlara dair müxtəlif səpkili suallar daxil edilmiş 1000 sual - 1000 cavab” kitabı hazırlanıb və Neftçilər günü ərəfəsində əməkdaşlara paylanılıb. Kitabda təbii qazın fiziki–kimyəvi xassələri, texniki istismar və qazdan istifadə qaydaları, qazla əlaqədar baş verə biləcək hadisələr, eləcə də “Azəriqaz” İstehsalat Birliyində həyata keçirilən istehsalat proseslərinin təhlükəsiz aparılmasına dair geniş məlumat verilib.

Qaz təsərrüfatında çalışan bütün işçilər və təbii qaz istehlakçıları onları maraqlandıran suallara bu kitabda cavab tapa biləcəklər.