"Bavariya"nın əfsanəvi qapıçısı Oliver Kan sabiq klubuna qayıdıb.
50 yaşlı sabiq qapıçı Münhen təmsilçisinin idarə heyətinə üzv təyin edilib. O, qarşıdakı iki il ərzində idarə heyətinin sədri Karl-Hayns Rummeniggeyə kömək edəcək. Gələn il dekabrın 31-də Rummeniggenin müqavilə müddəti başa çatdıqdan sonra isə məhz Kan İdarə Heyətinin sədri olacaq.
Oliver Kan 1994-2008-ci illərdə "Bavariya"da oynayıb. //Trend