Dağlıq Qarabağ münaqişəsi başlanandan bəri dünyada özü haqqında “məzlum xalq” obrazı yaratmağa çalışan Ermənistanın mənfur niyyətinin başa çıxdığı anlar çox olsa da, həyasızlığı genlərində əsrlərdən bəri daşıyan daşnaklar hələ də tarixin dərslərindən ibrət götürmürlər. Sələfləri kimi dara düşəndə quyruğu qısılmış tülkü kimi hiyləgərliklərini işə salaraq vəziyyətdən çıxmaq fəndgirliyini davam etdirən Ermənistanın baş naziri Nikol Paşinyanın son günlərdə üzləşdiyi biabırçılıqlardan xəcalət çəkməməsi onu göstərir ki, olmayan “tarixini”, “mədəniyyətini” dünya ictimaiyyətinə sırımaq istəyən bu millətin həqiqət hesab etdiyi bütün iddiaları miflər üzərində qurulub. İsbata ehtiyacı olmayan reallıq isə budur ki, bütün müstəvilərdə saxta arqumentlərə əsaslanan ermənilərin milli xüsusiyyətləri kimi, siyasətləri də yalan və böhtanlardan ibarətdir.
Ermənistanın qeyri-səmimi münasibətlərini , idarə olunan siyasətini əks etdirən bəzi tarixi məqamları xatırlamaqla deyilənləri sübuta yetirmək olar. Əsl həqiqət budur ki, ermənilərin quraşdırdıqları yalanların qarşısını alan güclü sipər Azərbaycan -Türkiyə birliyidir.
Bir neçə il əvvəl Cənubi Qafqazda maraqlarını gerçəkləşdirmək istəyən dövlətlərin nümayəndələrinin - ABŞ dövlət katibinin, Rusiyanın, Fransanın, İsveçrənin xarici işlər nazirlərinin, Avropa Şurası Nazirlər Komitəsi təmsilçisinin, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə ali nümayəndəsinin iştirakı ilə imzalanan Sürix protokolu da daxil olmaqla, Dağlıq Qarabağla əlaqədar keçirilən bütün görüşlərdə erməni məkrinin izi açıq-aşkar duyulurdu. Sürix protokolunun ratifikasiyasından imtina edən Ermənistan diplomatiya tarixində görünməyən bir rəzilliyə imza atdı, qeyri-ciddi dövlət olduğunu təsdiqlədi. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasını dəstəkləyən qüvvələr rəsmi İrəvanın “ erməni soyqırımı”nın tanınması istəyinə də “hə” demədilər. Çünki Qərbdə də , Avropada da yaxşı bilirdilər ki, tarixdə “erməni soyqırımı” adlı faciə yaşanmayıb.
Daşnakların quraşdırdıqları “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində Fransada baş verənləri xatırlayaq. Fransada Osmanlı İmperiyasında 1915-ci il hadisələrinə dair erməni iddialarının əks olunduğu ədalətsiz qərarın qəbulu da erməni yalanlarını doğrultmadı. Qərarda qeyd olunurdu ki, “erməni soyqırımı”nı tanımayanlar ya həbs olunmalı və yaxud cərimə ödəməlidirlər. Amma əhalinin haqlı tələbini nəzərə alan Fransa Konstitusiya Məhkəməsi bu ədalətsiz qərarı ləğv etməklə ermənilərə tarixi sillə vurdu.
Bu günədək Türkiyənin arxivlərin açılması təklifinə susqunluğu ilə cavab verən Ermənistanın bu hərəkəti də sübut edir ki, işğalçı dövlətin dili havadarlarının göstərişi ilə “açılır.”
Daxili və xarici siyasətində diplomatik qaydalara riayət etməyən, beynəlxalq aləmdə üzərinə düşən məsuliyyətin çəkisini anlamayan, məkrli siyasi gedişləri ilə qeyri-səmimi yanaşma prinsipinə sadiq qalan Ermənistanın hoqqabazlığı Fransanın Rambue qəsrində keçirilən görüşü gülüş doğuran bəhanə ilə yarımcıq tərk edən sabiq prezident Robert Koçaryanın hiyləgərliyində də hiss olundu. Bu kimi faktlar çoxdur.
Çox təəssüf ki, siyasəti oyuncağa çevirən Ermənistanın uşaqlara xas hərəkətləri ərköyünlük, guya heç nə olmamış kimi anlaşılaraq bağışlanır. Amma əslində belə deyil. Məğlubların susmağa üstünlük verməsi təbii hal, qanunauyğunluqdur.
ABŞ rezidentlərinin 24 apreldə “erməni soyqırımı” ifadəsini işlətməmələri daşnakları məyuz etsə də, həyasızlıqlarından əl çəkməyən ermənilərə dərs olmur. Hələ də işğalçıya lazımi təsir və təzyiqlər göstərilmir.
Sələflərindən ərməğan qalan ələbaxımlılıq siyasətini davam etdirən Ermənistanın baş naziri Nikol Paşinyanın “idarəetmə üsulu” əvvəlki iqtidarlardan heç nə ilə fərqlənmir. “Küçə siyasəti” ilə hakimiyyətə yiyələnən Paşinyanın “fəaliyyətinə” nəzər salmaqla onun məqsəd və məramını aydın başa düşmək olar. Keçirdiyi azsaylı rəsmi görüşlərdə siyasətdə naşı olduğu üçün həmişə gülünc vəziyyətdə qalan Paşinyanı düşündürən yalnız şəxsi məqsədləri naminə kimlərdənsə qisas almaqdır. Sabiq prezidentlərə və onların komandalarına qarşı həyata keçirdiyi qisasçılığı “rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə” adı ilə pərdələməyə çalışan baş nazir bu günədək onu kresloya əyləşdirən ermənilərin sosial islahatlarla bağlı tələblərinin heç birinə əməl etməyib. Bəlli olan budur ki, o da əvvəlki dövlət başçıları kimi keçirdiyi bütün görüşləri məğlub kimi tərk edib. Davos İqtisadi Forumunda da etinasızlıqla üzləşən Paşinyanı ermənilər məyusluqla qarşıladılar.
Bu günlərdə Qazaxıstanın paytaxtı Nur-Sultanda Belarusun, Qazaxıstanın, Rusiyanın, Qırğızıstanın, Ermənistanın daxil olduğu Avrasiya İqtisadi İttifaqının yaranmasının 5 illiyi ilə əlaqədar keçirilən sammitdə quruma üzv ölkələrin başçılarına yubiley medalları təqdim olunub. Yubiley medalına layiq görülməyən yeganə üzv Ermənistanın baş naziri Paşinyan olub. Bu, “fərqləndirmə” təkcə bir şəxsə deyil, bütünlükdə Ermənistanın xarici siyasətinə verilən qeyri-kafi qiymət idi.
Bu günlərdə Fransa inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı qeyri-qanuni adlandıraraq ləğv etməsi Azərbaycan diplomatiyasının qələbəsidir.
Bu kimi biabırçılıqlar fonunda Paşinyanın hələ də “bir qarış torpaq verməyəcəyik” kimi çağırışları daxili gərginliyi sakitləşdirmək üçün növbəti ritorik gedişdir.
İyunun 6-da Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında çoxdan gözlənilən görüşdə Dağlıq Qarabağ məsələsinin diqqət mərkəzində olmaması da Paşinyanı məyus edib. Havadarından gözlədiyi dəstəyi ala bilməyən Paşinyan Rusiya ilə Ermənistana satılan qazın qiymətində anlaşma əldə etməyə çalışsa da, bu sahədə də istəyinə nail ola bilməyib.
Belə ki, işğalçı ölkənin təzə rəhbərliyi inqilab yolu ilə devirib yerinə keçdiyi Sarkisyan rejiminin “Qarabağ kursu”nu davam etdirir. Bu yolun hara, nəyə apardığı isə bəllidir: Dəyişilməyən iqtisadi böhran, yoxsulluq, ölkədən kütləvi köç, Rusiyadan davam edən vassal asılılığı, kasıb əhalinin boğazından kəsilərək silahlanmaya yönələn vəsait.
İrəvanla Xankəndi arasında ixtilafın dərinləşməsi, Ermənistanda güclənən etirazlar, “sabiqlərin” Paşinyana qarşı təşkil etdikləri qrupların fəallaşması işğalçı ölkədə yeni inqilabın çox da uzaqda olmadığına işarədir.
Xuraman İsmayılqızı, “İki sahil”