30 iyul 2020 13:48
860

Özbəkistanda daha 703 yoluxma

Özbəkistanda COVID-19 koronavirusuna yoluxma sayında növbəti antirekord qeydə alınıb. Belə ki, son sutkada virusa yoluxanların sayı 703 nəfər artıb və 22 min 872-yə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutkada ölkədə virusdan 5 xəstə dünyasını dəyişib və ölənlərin sayı 122 olub.

Qeyd olunur ki, xəstəxanalarda 9 min 803 nəfər var. Onların 365-nin vəziyyəti ağır, 172-nin isə çox ağırdır.

Məlumatda bildirilir ki, Özbəkistan Nazirlər Kabinetinin yanında Dövlət Sanitar Epidemioloji Nəzarət İnspeksiyasının rəisi Nurmat Atabekov da koronavirusa yoluxub.

Mətbuat yazır ki, ötən gecə Frankfurt və Şanxaydan Özbəkistana növbəti humanitar yardın gətirilib.